İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qadın güləşi üzrə yarışlar başa çatıb.
Sport7.az xəbər verir ki, üç gün davam edən mübarizədə yığmamızın heyətində 8 idmançı mübarizə aparıb.
Millimizin üzvü Elis Manolova (65 kq) finalda məğlub olaraq gümüş medal qazan, Tatyana Omelçenko (62 kq) isə üçüncü yeri tutub.
Yekunda millimiz 65 xal toplayaraq, komanda hesabında 7-ci pillədə qərarlaşıb. Rusiya (190 xal) birinci, Ukrayna (155 xal) ikinci, Belarus (97 xal) isə üçüncü yeri tutub.
Sport7.az