Avropa çempionatında 5 güləşçimiz mübarizəyə qoşulur

Avropa çempionatında 5 güləşçimiz mübarizəyə qoşulur

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatında bu gün ilkin görüşlər başa çatacaq. 
 
Sport7.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri hər bir çəki dərəcəsində təmsil olunacaqlar. 

Avropa çempionatı
Sərbəst güləş

61 kq
Yığmamızın gənc pəhləvanı İntiqam Vəzirzadə Avropa çempionatına 1/4 finaldan başlayacaq. O, debüt görüşündə türkiyəli Hamza Alaca ilə gücünü yoxlayacaq. 

74 kq
Ondan fərqli, Hacımurad Hacıyev birinciliyə təsnifat mərhələsindən start verəcək. Gənc güləşçilər arasında dünya çempionatının bürünc mükafatçısı Patrik Kriştof Olenjini (Polşa) sınağa çəkəcək.

86 kq
Abubakr Abakarovun da ilk qarşılaşması təsnifat mərhələsinə təsadüf edəcək. Gənclər arasında Avropa çempionu titulunu qazanan idmançı böyüklərin də mübarizəsində eyni uğuru təkrarlamaq üçün öncə İvars Samusonoksla (Latviya) güləşəcək. 

92 kq
Milliləşdirilmiş legioner Aslanbek Alborov da yarışa təsnifat mərhələsindən qoşulacaq. Dünya çempionatının 29 yaşlı bürünc mükafatçısı Bendequz Totla (Macarıstan) üz-üzə gələcək. 

125 kq
Komandamızın ən təcrübəli güləşçilərindən olan Camaləddin Məhəmmədov startda Bosniya və Herseqovina güləşçisi ilə qarşılaşacaq. Dünya və Avropa çempionatının mükafatçısı olan pəhləvan karyerasında ilk titul üçün mübarizəyə təsnifat mərhələsində Elhad Hukiçlə qarşılaşma ilə başlayacaq. 

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Qadınlardan ibarət millimizin heyətində isə Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub. 

Sərbəst güləşçilərimizdən isə Ağahüseyn Mustafayev (70 kq) finala yüksəlib, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Çempionat fevralın 16-da bitəcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR