Avropa çempionatında finalçılar müəyyənləşdi

Avropa çempionatında finalçılar müəyyənləşdi

Bu gün qadın voleybolçuların Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

İlk oyun son dünya çempionatının finalçıları - Serbiya və İtaliya arasında keçirilib. Balkan təmsilçisi matçdan 3:1 hesabı ilə qalib ayrılıb. Qarşılaşmanı 22 xalla tamamlayan Tiyana Boşkoviç komandasının qələbəsində əsas pay sahibi olub.
 
Serbiyanın finaldakı rəqibi Türkiyə olacaq. "Ay-ulduzlular" Polşanı üstələyib - 3:1. Eda Erdem 19, Hande Baladın isə 16 xalla yadda qalıb. Polşanın heyətində Malvina Smajek-Qodekin 18 xallıq performansı qələbə üçün yetərli olmayıb.


Avropa çempionatı

Ankara (Türkiyə)

Yarımfinal

Serbiya - İtaliya - 3:1 (25:22, 25:21, 21:25, 25:20)

Türkiyə - Polşa - 3:1 (25:17, 25:16, 14:25, 25:18)

 
Sabah əvvəlcə Bakı vaxtı ilə saat 18:00-da üçüncülük uğrunda oyunda İtaliya və Polşa milliləri üz-üzə gələcəklər. Ardınca saat 20:30-da isə Türkiyə və Serbiya arasında final görüşü keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR