Avropa çempionatında ilk rəqiblərimiz bəlli oldu

Avropa çempionatında ilk rəqiblərimiz bəlli oldu

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb. 

Sport7.az xəbər verir ki, mərasimdə Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.

Milli üzvlərindən beşi mübarizəyə 1/16 finaldan qoşulacaqsa, digər beşinin debütü 1/8 finala təsadüf edəcək. 

Bu gün start götürəcək birinciliyin ilk günündə 4 boksçumuz rinqə çıxacaq. 

Qeyd edək ki, təsnifat mərhələsinin döyüşləri sentyabrın 4-8-də, yarımfinal görüşləri ayın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə sentyabrın 10-da bilinəcək. 

4 sentyabr
1/16 final
Maqsud Xasmetov (52 kq) – Samet Gümüş (Türkiyə)
Eldar Babayev (60 kq) – Killian Karti (İrlandiya)
Rəşid Həsənov (64 kq) – Simon Vollmer (Almaniya)
Səlim Səlimov (69 kq) – Qaran Qroft (Uels)

5 sentyabr
1/16
İqor Platov (75 kq) – Valeri Razmerita (Moldova)

1/8 final
Ruslan Qədirov (49 kq) – Uiliam Hevitt (İngiltərə)
Murad Allahverdiyev (81 kq) – Stoil Stanoyev (Belarus)
Fuad Cəfərov (+91 kq) – Viçenzo Fiasçetti (İtaliya) 

6 sentyabr
1/8 final
Əzrək Bəbirov (56 kq) – Bill Unsvort (Uels)/Selim Bouayta (Fransa)
Əsəd Baxşıyev (91 kq) – Jumka Jaiani (Gürcüstan)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR