Avropa çempionumuz qətlə yetirildi

Avropa çempionumuz qətlə yetirildi

Şamaxıda "Yeddi Gümbəz” qəbiristanlığında qətlə yetirilən tanınmış idmançı olub.

Sport7.az xəbər verir ki, söhbət sərbəst güləşçi Surxayev Ruslan Adil oğlundan gedir.

Belə ki, 1991-ci il təvəllüdlü Orxan Hacıyev mətbəx bıçağı ilə həmyerlisi olan Ruslanı bıçaqlayaraq qətlə yetirib. İnsident onların arasında yaranmış mübahisə zəminində baş verib.

Qeyd edək ki, sərbəst güləşçi Ruslan Surxayev 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub. Bundan başqa, R.Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır. O, eyni zamanda gənclər arasında keçirilən Dünya birinciliyinin gümüş mükafatşısı olub.(qafqazinfo.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR