Avropa Liqasında yeni mövsümün tam təqvimi

Avropa Liqasında yeni mövsümün tam təqvimi

UEFA Avropa Liqasında 2020/2021 mövsümünün tam təqvimini təsdiqləyib.
 
Sport7.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
20 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. II təsnifat mərhələsi 17 sentyabrda, III təsnifat mərhələsi 24 sentyabrda gerçəkləşəcək. Oktyabrın 1-də pley-off mərhələsinin görüşləri təşkil olunacaq. Bu qarşılaşmalar bir oyunluq sistemlə təşkil olunacaq. 

Qrup mərhələsində 6 tur müvafiq olaraq, 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr və 10 dekabrda nəzərdə tutulub.
 
Azərbaycan təmsilçilərindən "Neftçi", "Sumqayıt", "Keşlə" mübarizəyə avqustun 27-də I təsnifat mərhələsindən başlayacaq.

2021-ci ildə isə bu oyunlar olacaq:

1/16 final

İlk oyunlar - 18 fevral, cavab görüşləri - 25 fevral

1/8 final

İlk oyunlar - 11 mart, cavab görüşləri - 18 mart

1/4 final

İlk oyunlar - 8 aprel, cavab görüşləri - 15 aprel 

Yarımfinal

İlk oyunlar - 29 aprel, cavab görüşləri - 6 may

Final 

26 may

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də Yunanıstanın paytaxtı Afinada təşkil olunacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR