Avropa Liqasının son qalibi Türkiyəyə gəldi

Avropa Liqasının son qalibi Türkiyəyə gəldi

"Trabzonspor" "Sevilya"dan futbolçu transfer edir.

Sport7.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kamerunlu futbolçu Stefan Mbiya dünən gecə Türkiyənin Trabzon şəhərinə gəlib. Onu burda "Trabzonspor" klubunun rəsmiləri qarşılayıb. Kamerun milli komandasının da üzvü olan Mbiya ilə klub arasında danışıqlar yekunlaşıb və artıq sabah sözləşmənin imzalanması gözlənilir.

Fransada "Renn" və "Olimpik" Marsel klublarında, İngiltərədə isə KPR-də oynamış dayaq yarımmüdafiəçisi son iki mövsümü İspaniyanın "Sevilya" klubunda keçirib. Ötən ay Varşavada Avropa Liqasını başı üzərinə qaldıran futbolçular arasında Mbiya da yer almışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR