Avropa Oyunları öncəsi qazanılan qızıl medal

Avropa Oyunları öncəsi qazanılan qızıl medal

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilib. 

Sport7.az xəbər verir ki, 53-cü dəfə keçirilən turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edib. 

55 kq çəkinin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəlib. Bolqarıstan və İtaliya təmsilçilərini üstələyən təcrübəli Nataliya Sinişin finalda digər təmsilçimiz - Tunis və Almaniya güləşçilərini üstələyən gənc Alyona Kolesnik ilə qarşılaşıb. Maraqla gözlənilən final görüşü təcrübəli Sinişinin qələbəsi ilə yekunlaşıb. Nataliya qızıl, Alyona isə gümüş medala yiyələnib. 

69 kq-da təmsilçilərimiz Nadya Muşka və Elis Manolova ilk görüşdə qarşılaşıb. Görüşdə qalib gələn Muşka finala yüksəlmək üçün Bolqarıstan təmsilçisini də üstələyib. Finalda İsveç təmsilçisi ilə görüşü uduzan Nadya gümüş medalla kifayətlənib. Manolova isə bürünc medal uğrunda Bolqarıstan güləşçisini üstələyib və fəxri kürsünün III pilləsində qərarlaşıb. 

Beləliklə, qadın güləşçilərimiz Avropa Oyunları öncəsi Bolqarıstanda qatıldıqları növbəti sınaq yarışını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR