Avropanın

Avropanın "Golden Boy"u kim olacaq? - Namizədlər açıqlandı

Ən yaxşı gənc futbolçu adına namizədlər açıqlanıb.

Sport7.az xəbər verir ki, İtaliyanın məçhur "Tuttosport” nəşri 2020-ci ildə Avropanın ən yaxşısı olmağa 20 namizədi müəyyənləşdirib.

Avropa ölkələrindən birinin yüksək liqasında çıxış edən və 21 yaşadək olan futbolçular üçün təsis olunan "Golden Boy” (Qızıl oğlan) mükafatına namizədlər aşağıdakı oyunçulardır: Mitçel Bakker (PSJ, Niderland), Eduardo Kamavinqa (Renn, Fransa), Conatan Devid (Lill, Kanada), Alfonso Devis (Bavariya, Kanada), Serjinyo Dest (Barselona, ABŞ), Fabiu Silva (Vulverhempton, Portuqaliya), Ansu Fati (Barselona, İspaniya), Filip Foden (Mançester Siti, İngiltərə), Rayan Qravenberx (Ayaks, Niderland), Meyson Qrinvud (Mançester Yunayted, İngiltərə), Erlinq Holand (Borussiya D, Norveç), Kallum Hadson-Odoi (Çelsi, İngiltərə), Deyan Kuluşevski (Yuventus, İsveç), Rodriqo (Real, Braziliua), Bukayo Saka (Arsenal, İngiltərə), Ceydon Sanço (Borussiya D, İngiltərə), Dominik Soboslai (Zalsburq, Macarıstan), Sandro Tonali (Milan, İtaliya), Ferran Torres (Mançester Siti, İspaniya), Vinisius Junior (Real, Braziliya).

Mükafatı ötən il "Atletiko”nun portuqaliyalı futbolçusu Joao Feliş qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR