"Ayaks"ın əfsanəsi həyatını itirdi

Hollandiya klubu "Ayaks"ın əfsanələrindən olan Uim Suurbier vəfat edib.
 
Sport7.az xəbər verir ki, may ayında beyin qanaması səbəbindən xəstəxanaya yerləşdirilən sabiq futbolçu 75 yaşında həyata gözlərini yumub. Suurbier "total futbol" anlayışı ilə futbola damğasını vuran 1970-ci illərin "Ayaks"ında və Hollandiya millisində sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. 
 
O dönəmlərdə Avropa Kuboku kimi tanınan Çempionlar Liqasında "Ayaks"ın heyətində ardıcıl 3 dəfə çempionluq yaşayan Suurbier 7 dəfə ölkə çempionu olub, 4 dəfə Hollandiya Kubokunu, 2 dəfə UEFA Superkubokunu və Qitələrarası Kuboku başı üzərinə qaldırıb.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR