"Ayltonun təhlükəli oynaması adamı qorxudur" - Adil Şükürov

"Zirə"nin və "Şüvəlan"ın baş məşqçisi Adil Şükürov "Qarabağ"ın APOEL-lə qarşılaşması haqda fikirlərini bildirib.

Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib: "Qarabağ"ın necə oynamalı olduğunu Qurban Qurbanov daha yaxşı bilir. Qısa müddət ərzində bu komanda ilə 3 dəfə görüşüblər. Bir-birilərini yaxşı tanıyırlar. "Qarabağ" Kiprdən ən azı heç-heçə ilə qayıtmalıdı ki, qrupdan çıxmaq şansları çox olsun. Çətin olacaq, APOEL-in məşqçisi də bildirib ki, bu oyun onlar üçün finala bərabərdi. Futbolçuların da açıqlamalarından görünür ki, qələbəyə kökləniblər. Bu bir tərəfdən "Qarabağ" üçün üstünlükdü. Digər tərəfdən müdafiə planında gərginlik ola bilər. Ona görə üstünlük sayılır ki, komanda davamlı olaraq hücum etməlidi. Nəzərə alsaq ki, "Qarabağ" APOEL-i yaxşı tanıyır və Xayme Romero da oynayacaq, bu böyük üstünlük sayılır. Çətinlik də ondan ibarətdi ki, yalnız müdafiə olunan komanda axır-əvvəl səhvə məhkumdu. Özünüz də görmüsüz, "Qarabağ"ın qapısı qarşısında standart vəziyyət olanda futbolçularda pərakəndəlik yaranır. Düzdü standart vəziyyətlər o qədər də böyük çətinlik yaratmaz. Amma son oyunlar göstərdi ki, "Qarabağ"ın bununla bağlı çətinlikləri var. Birə-bir oyunlar böyük önəm daşıyır. Ən vacibi odu ki, cinah müdafiəçiləri diqqətli olmalıdılar. Yəqin ki, cinahlarda Maksimlə Aylton olacaq. Ayltonun təkbətək mübarizələrdə təhlükəli oynaması adamı bir qədər qorxudur. Amma hücum aspektində böyük üstünlüyü var. Qarabağ" səfərdən qollu heç-heçə ilə də olsa qayıtmalıdı".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR