Ayxan Abbasov:

Ayxan Abbasov: "Fasilədə onlara dedim ki..."

"Qarabağ"la oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "Bu gün şəhərimizdə bayram idi. Biz də istəyirdik ki, komanda olaraq 70 illik yubileyə hədiyyə edək. Rəqib çətin olsa da, komanda vəzifəsinin öhdəsindən gəldi. Əlbəttə, liderə qarşı oynayırdıq. Həftəboyu futbolçularda istəyi, inamı görürdük. Hətta fasilədə onlara dedim ki, bu inamı, istəyi görmək istəyirəm. Futbolçuların artırması üçün belə oyunlar vacibdi. İkinci hissədə oyunumuzda artırdıq və layiqli qələbə qazandıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR