Ayxan Abbasov:

Ayxan Abbasov: "Futbolçularımız taktiki cəhətdən düzgün oynadılar"

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində baş tutan "Sumqayıt" - "Zirə" matçından sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Bu oyuna çox ciddi hazırlaşmışdıq. Sevindiricidi ki, futbolçularımız taktiki cəhətdən düzgün oynadılar. Bu, ümumi mübarizənin ilk yarısı idi. Qarşıda bizi çempionatda da ağır mübarizə gözləyir. Bu gün hamıdan razı qaldım. Oyunçularıma və azarkeşlərimizə təşəkkürümü bildirirəm. İstəyərdim ki, Sumqayıt şəhəri final həyəcanı, sevincini yaşasın".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR