Ayxan Abbasov:

Ayxan Abbasov: "Futbolçuların hərəkətli olmaları məni sevindirdi"

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində bu gün Macarıstan təmsilçisi "Kapsovar"la qarşılaşan "Sumqayıt" 3:4 hesabı ilə məğlub olub.
 
Sport7.az xəbər verir ki, oyundan sonra Azərbaycan klubunun baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb: "Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm. Hər hissədə fərqli heyətlə oynadıq. Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR