Ayxan Mamayev mötəbər tunirdə iştirak edəcək

Ayxan Mamayev mötəbər tunirdə iştirak edəcək

Azərbaycan karatesinin liderlərindən Ayxan Mamayev (-84 kq) "Super 8” Xorvatiya Kuboku beynəlxalq turnirinə dəvət olunub.

Sport7.az xəbər verir ki, Xorvatiya Karate Federasiyasının təşkil etdiyi bu yarış, dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək. Təşkilatçılar idmançıları nüfuzuna əsasən dəvət edirlər.

A.Mamayevlə birgə turnirdə Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və  Ante Mrviçiç (Xorvatiya) kimi Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaq.

Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda mübarizə aparacaq.

Yarış 11 mayda, Zaqrebdə keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR