"Qarabağ"ın "sarı-qırmızılı" rəqibi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub. Sport7.az xəbər verir ki, Ağdam klubu Lüksemburqun "Dudelanj" klubu ilə qarşılaşacaq. 

Maraq üçün bildirək ki, "atlılar"ın "cırtdan" rəqibi 1991-ci ildə yaranıb. Komanda ev oyunlarını "Yos Nosbaum" stadionunda keçirir. Bu arenanın azarkeş tutumu 2600 nəfərlikdi. Komandanın prezidenti Romeyn Şumaxer, baş məşqçisi isə fransız Mişel Lefloşmoandı. 

"Qarabağ"ın rəqibi 9 dəfə Lüksemburq çempionu olub. "Sarı-qırmızılar" 4 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb.

"Dudelanj" sonuncu dəfə avrokuboklarda ötən mövsüm çıxış edib. Avropa Liqasının birinci təsnifat mərhələsində İrlandiyanın "Dublin" klubuna məğlub olan (2:1, 0:1) lüksemburqlular mübarizəni erkən dayandırıb. Lefloşmoandın yetirmələri ÇL-də sonuncu dəfə 2014-2015 mövsümündə çıxış edib. Ancaq ikinci təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu "Dudelanj"ı mübarizədən kənarlaşdırıb ( 0:4, 1:1).



Xəbər lenti