Konte Azərbaycanın yerini göstərdi

Konte Azərbaycanın yerini göstərdi
İtaliya yığmasının baş məşqçisi Antonio Konte Avropa çempionatı-2016-nın final mərhələsinə yüksəlmək şansları haqda fikirlərini bildirib. Sport7.az xəbər verir ki, "Skuadra adzurra"nın çalışdırıcısı əsas rəqiblərini göstərməklə yanaşı, millimiz haqda da kəlimə kəsib.



O, Berti Foqtsun rəhbərlik etdiyi yığmanı Malta ilə eyni səviyyədə gördüyünü bildirib: "Qrupumuzda Xorvatiya və Bolqarıstan kimi komandalar yer alıb. Norveçə də hörmətlə yanaşmaq lazımdı. Azərbaycanla Maltaya da barmaqarası yanaşmaq olmaz. Müasir futbolda asan rəqib qalmayıb. Götürün Çempionlar Liqasını. "Barselona" APOEL-in qapısına cəmi bir qol vura bildi, "Liverpul" "Ludoqorets"ə son dəqiqədə vurulan penalti hesabına qalib gəldi. Bütün komandalar inkişaf edir".



Hazırkı məqsədlərə gəlincə Konte bunları söyləyib: "Əsas diqqətimi ən yaxın iki oyunumuza - Azərbaycan və Malta ilə görüşlərə yönəltmişəm. Öz oyunumuzla sübut etməliyik ki, İtaliya əvvəlki mövqelərinə qayıtmağı haqq edib. Məqsədimiz AÇ-nin final mərhələsinə yüksəlməkdi". 



Sport7.az

Xəbər lenti