"Beşiktaş"a transfer qadağası

"Beşiktaş" Sompo Japan basketbol klubuna keçmiş baş məşqçi və oyunçularına verilməsi gərəkən pulların vaxtında ödəmədiyi üçün transfer qadağası qoyulub. 

Sport7.az xəbər verir ki, "Beşiktaş"ın basketbol şöbəsindən verilən məlumata görə, sabiq baş məşqçi Henrik Dettmann ilə oyunçular Skot Reynolds və Ja Juan Consona görə verilən cəzanı böyütməyə ehtiyac yoxdur. 

Klub rəsmisi Cihat Kumuşoğlu qarşı tərəflərlərlə danışıqlar getdiyini və ciddi bir sıxıntı olmadığını bildirib. 

Sport7.az

Oxşar xəbərlər