Ana İvanoviç karyerasını bitirdi

Ana İvanoviç karyerasını bitirdi
Dünyanın ən gözəl tennisçilərindən biri hesab edilən Ana İvanoviç karyerasını bitirdi. 

Serbiyalı tennisçi dünya və Serbiya tennis tarixinə adını yazdıra bilib. 5 yaşında tennisə başlayan Ana  2008-ci ildə Roland Garros’da çempionluq əldə edərək, 9 iyun 2008-ci il tarixində dünya liderliyinə yüksələ bilib. İvanoviç dünya liderliyi pilləsində 12 həftə qala bilib. Bunu edən ilk serbiyalı xanım tennisçi kimi tarixə keçir Ana.

Ümumi olaraq 15 titul qazanan Ana, 8 final oynayıb, 705 dəfə çıxdığı kortlardan 480 dəfə qalib kimi ayrılıb. İvanoviç karyerası boyu $15,510,787 pul mükafatının sahibi olub.

Serbiyalı gözəlçə bu il almaniyalı futbolçu Bastian Schweinsteiger ilə ailə həyatı qurub.

Heydər Rzayev


Oxşar xəbərlər