Prosineçki dondurma biznesinə də girişdi

Prosineçki dondurma biznesinə də girişdi
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiyada istehsal olunan "Ledo King" dondurmalarının rəsmi təmsilçisi olub.

Sport7.az xəbər verir ki, bununla əlaqədar Zaqrebdə xorvatiyalı mütəxəssislə şirkətin marketinq və inkişaf üzrə direktoru Ana Ştebiç arasında əməkdaşlıq müqaviləsi bağlanılıb. Məlumatı "Report" yayıb.

Stebiç bildirib ki, "Ledo" 5 ildir Azərbaycan bazarındadır və Prosineçkinin də sevdiyi dondurmalardandır. O, əfsanəvi futbolçu ilə əməkdaşlıqdan məmnunluq ifadə edib, inandığını bildirib ki, məşhur mütəxəssisin beynəlxalq uğurları bu brendin Azərbaycanda gələcək inkişafına töhfəsini verəcək.

Qeyd edək ki, "Ledo" dondurmaları Azərbaycandan əlavə, Bosniya və Herseqovina, Macarıstan, Sloveniya, Norveç, ABŞ, BƏƏ və Liviya kimi ölkələrə göndərilir. 

Sport7.az

Xəbər lenti