Gəncənin veteran futbolçusu itkin düşüb

Gəncənin veteran futbolçusu itkin düşüb
Gəncə futbolunun veteranlarından sayılan Faiq Cabbarov itkin düşüb.

Sport7.az-ın əldə etdiyi məlumata görə, 44 yaşlı veteran futbolçu itib. Belə ki, artıq bir neçə gündü evdən çıxan Faiq bəydən hələ ki, səs-soraq yoxdu. Birdən-birə, ailəsinə xəbər vermədən hara getdiyi məlum deyil.

Qeyd edək ki, Cabbarov müxtəlif illərdə "Kəpəz", "Avtomobilçi", "Neftçi", "Şəmkir" kimi komandaların formasını geyib. Sabiq müdafiəçi 1993-98-ci illərdə Azərbaycan yığmasında da oynayıb. O bu müddətdə 21 matça çıxıb və qol vurmayıb. Bundan əlavə 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.

Məşqçi karyerasında isə son iş yeri hazırda Qəhrəman Əliyevin çalışdırdığı "Şəmkir" olub. 

Sport7.az 

Xəbər lenti