“Zirə”də yeni futbolçu

“Zirə”də yeni futbolçu
"Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. 

Sport7.az xəbər verir ki, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya bu gün "qartallar”ın sıralarına qoşulub. 22 yaşlı futbolçu mövsümün sonuna qədər bu klubun formasını geyəcək.

Qoroziya "Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən "Stabek” klubundan gəlib. 2014-cü ildən "Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tbilisi "Lokomotiv”i və Kutaisi "Torpedo”sunda forma geyib. 

Giorgi həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.

Sport7.az

Oxşar xəbərlər