"Xaricdən hakimlər dəvət edilsin" - Rəşad Sadıqov

"CBC Sport” telekanalında yayımlanan "3-cü hissə” proqramına qatılan "Qarabağ”ın və Azərbaycan millisinin kapitanı maraqlı açıqlama verib.

Sport7.az xəbər verir ki, müdafiəçi Azərbaycan Premyer Liqasının prinsipial oyunlarına əcnəbi hakimlərin çağırılmasının tərəfdarı olduğunu deyib:

"Hər zaman yerli hakimləri də, həkimləri də, məşqçiləri də dəstəkləmişəm. Ancaq bəzən elə olur ki, təzyiqlərə tab gətirmək olmur. Heç kim məndən inciməsin, ancaq artıq bəzi matçları əcnəbi hakimlərin idarə etməsinə ehtiyac var. Bu il fikrimdə əmin oldum. Çünki haqsız yerə cəzalar, itkilər çox olur. Şəxsi fikrimdi, çox istərdim ki, prinsipial oyunlara xaricdən hakimlər dəvət edilsin. Ajiotajın böyük olduğu mərkəzi oyunlardı, kubokun final oyunlarıdı ki, onların öhdəsindən gəlmək yerli hakimlər üçün çətin olur.

Onlar da təzyiqə məruz qalırlar. Üstəlik yaxşı hakimlərin qıtlığı da müşahidə olunur. Cəmi 6-7 nəfər hakim var ki, onların da yorulmağı var, şəxsi problemləri var ki, bu zaman ciddi qüsurlar yaranır”.

Sport7.az

Oxşar xəbərlər