Martin Kaseres premyer-liqada

Martin Kaseres premyer-liqada
İngiltərə premyer-liqasında çıxış edən "Southempton" uruqvaylı futbolçu Martin Kasereslə müqavilə imzalayıb. 

Sport7.az xəbər verir ki, klubdan verilən açılamada azad agent statuslu futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalandığı bildirilib. Kaseres yeni komandasında 12 nömrəli formanı geyəcək. 

Transfer dönəmində adı xüsusilə türk klubları ilə hallanan Kaseres "Yuventus"dan ayrıldıqdan sonra heç bir klubda forma geymədi. Müdafiə xəttinin hər yerində oynaya bilən futbolçu karyerası boyunca, "Yuventus"la yanaşı, "Barselona" və "Sevilya"da da oynayıb.

Sport7.az