Şumaxer 45 kilo oldu

Şumaxer 45 kilo oldu
2013-cü ildə qəza keçirən alman pilot Mixail Şumaxerin vəziyyəti heç də ürəkaçan deyil. Sport7.az xəbər verir ki, "Formula 1" ustasının çəkisinin xeyli azaldığı bildirilir.

Xarici KİV-lər Şumaxerin hazırda 45 kilo olduğunu qeyd edir. Bundan başqa onun səhhətinin yaxşılaşma prosesi də yavaş gedir. İsveçrədə 15 həkim nəzarətində olan Şumaxer nə yeriyə bilir, nə də danışa.

Qeyd edək ki, Mixail Şumaxer  Alp dağlarında xizək sürərkən ciddi beyin xəsarəti alıb. Bir neçə ay koma vəziyyətində qalan əfsanəvi idmançı qəza keçirməmişdən öncə 75 kilo idi. 

Xəbər lenti