AZAL Türkiyə klubunda heyətə düşməyən futbolçu aldı - RƏSMİ

AZAL Türkiyə klubunda heyətə düşməyən futbolçu aldı - RƏSMİ

AZAL PFK yay "transfer pəncərə"si dövründə ilk transferini reallaşdırıb. 

Sport7.az xəbər verir ki, "təyyarəçilər" son mövsümü Türkiyənin I dəstə klubu "Girəsunspor" komandasında keçirmiş Ayaz Mehdiyevlə rəsmi müqavilə bağlayıb. 

Cinah yarımmüdafiəçisi ilə 1+1 il prinsipli müqavilə imzalanıb.

Qeyd edək ki, "Rəvan"ın sabiq futbolçusu "Girəsunspor"un çempionat oyunlarında bir dəfə də olsun meydana çıxmayıb. O Qara dəniz təmsilçisində daha çox zədəsini sağaltmaqla məşğul olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR