AZAL

AZAL "uçmaq" istəyir

AZAL Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ”la oyuna hazırlıqları davam etdirir. Sport7.az xəbər verir ki, dünənki axşam məşqindən öncə isə klub rəhbərliyi komanda ilə görüşüb. Vitse-prezident Fikrət Hüseynov məşqçi, futbolçu və texniki heyəti qəbul edib. 

Görüşdə F.Hüseynov rəhbərliyin daim komandanın yanında olduğunu bildirərək növbəti matçlarda da futbolçulara inandığını qeyd edib. Vitse-prezident vurğulayıb ki, kollektivdə gözəl ab-hava var və bunu meydana da sirayət etdirmək, qələbə qazanmaq zəruridir. F.Hüseynov qeyd edib ki, daim komandanın yanında olan rəhbərlik oyunçuların qayğısına qalır və yarana biləcək hər bir xırda çətinliyi də aradan götürməyə hazırdır. 

Ardından söz alan baş məşqçi Tərlan Əhmədov yetirmələrinə inandığını bildirməklə bərabər, onlardan qələbə seriyası yaxalamağı da istəyib. Əhmədov Qəbələdəki nəticənin təsadüf olmadığını və bu nəticəni futbolçuların alın təri ilə qazandığını vurğulayıb. Baş məşqçi "Qarabağ” və "Sumqayıt”la növbəti görüşlərdə də maksimum nəticə gözlədiyini bildirib.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR