Azar rəsmən

Azar rəsmən "Borussiya"da (FOTO)

Dortmund "Borussiya"sı Torqan Azarın transferini açıqlayıb.

26 yaşlı futbolçunun sazişi 2024-cü ilə kimi nəzərdə tutulub. "Sport Bild"in məlumatına görə, transfer "Borussiya"ya 25 milyon avroya başa gəlib. Həmçinin müqaviləyə əlavə bonuslar da daxil edilib.

2018-19 mövsümündə Bundesliqada 33 matçda meydana çıxan Torqanın aktivində 10 qol, 11 məhsuldar ötürmə var.

Belçikalı futbolçu Mönhenqladbax "Borussiya"sında çıxış etdiyi 5 il ərzində 182 oyunda forma geyib və 46 qol, 45 məhsuldar ötürmə ilə yadda qalıb.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR