Azarenka qələbə ilə başladı, Kvitova, Kerber və Bertens mübarizəni dayandırdı

Azarenka qələbə ilə başladı, Kvitova, Kerber və Bertens mübarizəni dayandırdı

Sinsinnatidə keçirilən "Premier" seriyalı turnirdə birinci mərhələyə yekun vurulub.

WTA reytinqinin sabiq liderlərindən Viktoriya Azarenka Belinda Bençiçi məğlub edib. Anjelik Kerber ilk mərhələdə mübarizəni dayandırıb. Alman raketka ustası Anett Kontaveytlə bacarmayıb. Turnirlə sağollaşanlar sırasında Medison Kizə uduzan Qarbinye Muqurusa da var.

"Western and Southern Open"də həmçinin ikinci mərhələnin iki görüşü keçirilib. Dünya 6 nömrəsi Petra Kvitova Mariya Sakkari ilə mübarizədən məğlub ayrılıb. Vinus Vilyams isə turnirin son qalibi Kiki Bertensə qalib gəlib.


Western and Southern Open (Premier 5)

Sinsinnati, ABŞ

Birinci mərhələ

Yekaterina Aleksandrova (Rusiya) - Karla Suares-Navarro (İspaniya) - 2:0 (6:4, 6:1)

Su-Vey Se (Tayvan) - Van Tsyan (Çin) - 2:0 (6:3, 6:4)

Anett Kontaveyt (Estoniya) - Anjelik Kerber (Almaniya) - 2:0 (7:6, 6:2)

Sofiya Kenin (ABŞ) - Yuliya Qörqes (Almaniya) - 2:0 (6:4, 7:6)
 
Darya Kasatkina (Rusiya) - Barbora Strıçova (Çexiya) - 2:0 (6:4, 7:6)

Viktoriya Azarenka (Belarus) - Belinda Bençiç (İsveçrə) - 1:0 (6:4, 1:0 - Bençiç imtina edib)

Medison Kiz (ABŞ) - Qarbinye Muqurusa (İspaniya) - 2:1 (6:7, 7:6, 6:4)


İkinci mərhələ

Vinus Vilyams (ABŞ) - Kiki Bertens (Hollandiya) - 2:1 (6:3, 3:6, 7:6)
 
Mariya Sakkari (Yunanıstan) - Petra Kvitova (Çexiya) - 2:1 (6:4, 2:6, 6:3)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR