Azarkeşləri APOEL-i məyus edib

Azarkeşləri APOEL-i məyus edib

Kiprdə APOEL və "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçına maraq aşağı səviyyədədir.

Sport7.az xəbər veri ki, bu haqda "balla.com.cy" saytı məlumat yayıb. Oyun üçün biletlərin satışı qənaətbəxş deyil. Bildirilir ki, hər zaman azarkeşlərinə güvənən Nikosiya təmsilçisi bu durumdan məyus olub.

Nəşrdə həmçinin qeyd olunub ki, həlledici görüşdə "GSP Arena"nın "qaynayacağı" ehtimal olunsa da, bu baş verməyəcək.

Noyabrın 7-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb. Nikosiyadakı "GSP Arena" 22 min 819 azarkeş tutumuna malikdir.  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR