Azarkeşlərin söydüyü Neymar:

Azarkeşlərin söydüyü Neymar: "PSJ-ni tərk etmək istəyirəm"

Uzun fasilədən sonra Fransa çempionatında meydana çıxan PSJ-nin braziliyalı ulduzu Neymar azarkeşlər tərəfindən heç də xoş qarşılanmayıb.
 
Sport7.az xəbər verir ki, 126 gündən sonra, "Strasburq"la matçda, yenidən komandası ilə birlikdə start heyətində meydana çıxan Neymar parisli azarkeşlərin tənqid və təhqirlərinə məruz qalıb. Buna səbəb onun gələn yay PSJ-dən ayrılmaq istəməsi olub. 
 
Oyun zamanı azarkeşlərin "Neymar q.....in oğlu" kimi xoşagəlməz şüarlara məruz qalan "sambaçı" ilə yanaşı "Barselona"nın ulduzu Lionel Messi də söyülüb. Tribunalarda "Neymar 20 milyon avroya q...nin oğlu Messiyə qoşul" yazılmış pankart da yer alıb. Hətta, oyun başlamazdan əvvəl Neymarın adı diktor tərəfindən səsləndirilib və azarkeşlər də onu müxtəlif söyüşlərlə təhqir edib. 
 
Oyundan sonra futbolçu baş verənlərlə bağlı açıqlamasında "Hamı bilir ki, mən PSJ-ni tərk etmək istəyirəm. Bunu açıq şəkildə bildirmişəm. Sözlərimin başqalarına necə təsir etməsi ilə bağlı detallara girməyəcəyəm. Ancaq yenə də PSJ-nin oyunçusuyam və niyyətim meydanda xoşbət olmaqdı. Hazırda bütün fikirlərimi PSJ-yə yönəltmişəm. Həmişə, açıq şəkildə bildirmişəm ki, PSJ azarkeşləri ilə heç bir problemim yoxdu. Onların şəxsi səbəbləri var. Məqsədimi reallaşdırmaq üçün əlimdən gələni etməyə çalışdım, ancaq təəssüf ki, mənə icazə vermədilər. Artıq olan olub və bu haqda sonuncu dəfə fikir bildirirəm. Hazırda yalnız PSJ haqda düşünürəm" sözlərini söyləyib.
 
Oyunboyu, demək olar hər topa toxunuşunda SJ azarkeşləri tərəfindən fitə basılan Neymar tribunada xoş qarşılanmamasına belə münasibət bildirdi: "Çox kədərlidi. Eyni sözləri söylədikləri oyunçular onları sevindirənlərdi. Bütün oyunboyu fit çaldılar, ancaq sonra qələbəni qeyd etdilər".
 
"Starsburq"la görüşdə 1:0 hesablı qələbə qazanan PSJ-dən yeganə qolu məhz Neymar vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR