Azarkeşlərin təhqiri futbolçunu ağlatdı

Azarkeşlərin təhqiri futbolçunu ağlatdı

İspaniya çempionatının ikinci divizionunun "Albacete" klubunda çıxış edən ukraynalı futbolçu Roman Zozulya azarkeşlərin təhqirlərinə görə geyinmə otağında ağlayıb. 

Sport7.az xəbər verir ki, bu haqda dekabrın 16-da klubun vitse-prezidenti Viktor Varela açıqlamasında deyib.

Hadisə bir gün əvvəl "Rayo Vallecano” ilə "Albacete” matçı zamanı baş verib. İlk yarıda "Rayo" fanatları onu nasist adlandıraraq Ukraynanı təhqir etməyə başlayıblar.

Fasiləyə 0-0 hesabı ilə yollanan komandalar daha meydana qayıtmayıblar.

Varela futbolçuların oyuna çıxmaqdan imtina etdiyini və onların qərarını dəstəklədiyini qeyd edib, baş hakimin matçı təxirə salma qərarını da doğru adlandırıb.
Xatırladaq ki, Zozulya 2017-ci ildə icarə əsasında "Rayo”ya verilib, lakin solçu görüşləri ilə tanınan komanda azarkeşləri dərhal yeni oyunçuya qarşı çıxaraq, ona Donbasda vuruşan millətçilərə verdiyi dəstəyi xatırladıblar.

Nəticədə, nasistlik ittihamlarından bezən Zozulya bir neçə ay sonra "Rayo”da bir oyun da keçirmədən "Albacete”yə keçib.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR