Azər Bağırov:

Azər Bağırov: "Əmirəlini çıxarandan sonra "Qarabağ"ın "dişi" "tutmağa" başladı"

MOİK-in sabiq baş məşqçisi Azər Bağırov, klublarımızın avrokuboklardakı çıxışını və şanslarını dəyərləndirib. 

Mütəxəssis Sport7.az-a açıqlamasında xüsusən də "Qarabağ"la "Neftçi"dən qrup mərhələsini gözlədiyini bildirdi: "Hamı fikirləşir ki, "Qarabağ" yaxşı oynaması, bacarmadı. Amma mən məsələyə başqa cür baxıram. "Qarabağ" yetəri qədər dominantlıq etdi. Düzdü qol vurmadı, buraxa da bilərdi. Lakin istədiyi futbolu sərgilədi. Bütün kartları da açmaq olmazdı. Ehtiyatlı oynayırdılar. Rəqib də əks-hücmları yaxşı qurmağa çalışırdı. Fikrimcə, "Qarabağ" yaxşı oynadı. Yeni transfer az oynadı, amma ümumilikdə komandaya uyğundu. İkinci hissədə meydana buraxıldı, komandanın gücünə güc qatdı. Lazımlı futbolçudu. "Qarabağ" Bakıda "Prtizani"yə şans verəcək ya yox, bunu bilmirəm. Ancaq inşallah mərhələni keçən tərəf olacaq. Düşünürəm ki, "Qarabağ" ikinci hissədə, sona 15 dəqiqə qalmış göstərdiyi oyunu Bakıda da həyata keçirəcək. Mahir Əmirəlini çıxarandan sonra "Qarabağ"ın "dişi" daha da "tutmağa" başladı. Ona görə də məncə "Qarabağ" həmin oyunu Bakıda elə birinci hissədən etibarən sərgiləməyə başlayacaq".

Azər bəy digər klublarımızın şansları haqda da düşüncələrini bölüşdü: "Səbail"in rəqibi güclüdü. Həm də komanda debüt edəcək. Təcrübəsizlik ola bilər. "Səbail" üçün çətin, ancaq "Neftçi" üçün nisbətən asan olacaq. "Neftçi"nin rəqibi də debütantdı".

Mütəxəssis "Qəbələ" haqda bunları söylədi: "Qəbələ" demək olar gənclərdən qurulmuş komandadı. Düzdü legioner də alıblar. Amma onlar komandaya nə qədər uyğunlaşıb, bilmirəm. "Zirə" ilə oyunda müdafiədə boşluqlar görünürdü. Xüsusən də ilk yarının sonuna yaxın və ikinci hissədə. Buna baxmayaraq heyətin üzvləri, həm də yığmanın gənc futbolçularıdı. İstərdim ki, növbəti mərhələyə adlasın. Amma çətin olacaq, bu da komandanın komplektləşməməsindən irəli gəlir".

Maraqlıdı, Bağırovun fikrincə, real durumu nəzərə alsaq, hansısa klubumuzdan qrup mərhələsini tələb etmək mümkündümü?: "Qarabağ"la "Neftçi"dən qrup mərhələsini tələb etmək olar. Amma təkcə futbolu fikirləşmək lazım deyil. İnşallah gələn il komandaların sayı artar və bu suallarımıza cavab alarıq. Hazırda, futbolumuzun durumunu nəzərə alsaq, mənə elə gəlir ki, "Qarabağ"la "Neftçi" qrupda oynamağa layiqdi və onların üçün bu vacibdi".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR