Azər oynadı, Turqay isə...

Azər oynadı, Turqay isə...

Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa” da növbəti matçına çıxıb.

Doğma meydanda "Rostov”la üz-üzə gələn Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:0. Qarşılaşmanın iştirak ərizəsinə salınmayan Turqaydan fərqli Azər bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. 

"Ufa” 6 turdan sonra 7 xalla 10-cu sırada qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR