Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu

Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu

Basketbol üzrə Azərbaycan çempionu elan edilib.
 
Sport7.az xəbər verir ki, dünyada qlobal COVİD-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda bir sıra Avropa ölkələrində (Polşa,Ukraina,Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.
 
Azərbaycan Basketbol Federasiyası da çempionatın dayandırılması və qalibin elan olunması ilə bağlı qərar verib. Federasiyanın Rəyasət Heyəti aprelin 3-də virtual video-iclas keçirib. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyət nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyyəsi ilə Superliqanın turnir cədvəlində mövcud sıralanmasına əsasən "Zirvə Astara" klubu Azərbaycan Çempionu elan edilib.

Superliqanın fevral ayının 29-da keçirildiyi 20-ci turundan sonra Respublikada yaranmış gərgin epidemiyaloji vəziyyətə görə 27-ci Azərbaycan Çempionatının oyunlarında məcburi fasilə yaranmışdı. Fasiləyə qədər "Zirvə Astara" BK 38 xal, "Atom" BK 34 xal, "Gəncə" BK isə 32 xal ilə Superliqanın 1-ci, 2-ci, 3-cü yerlərini bölüşdürürdülər.
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR