Azərbaycan daha bir beynəlxalq turnirə ev sahibliyi edə bilər

Azərbaycan daha bir beynəlxalq turnirə ev sahibliyi edə bilər

Azərbaycan şahmat üzrə daha bir beynəlxalq turnirə ev sahibliyi edə bilər.
 
Sport7.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov bu gün Şəmkirdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçlə birgə təşkil etdiyi mətbuat konfransında bildirib.

FIDE-nin vitse-prezidenti Azərbaycanın qadınlar arasında Qran-pri yarışını təşkil etməsi üçün danışıqların aparıldığını deyib: "Yeni turnirlər təsis edilən zaman şahmat təqvimində yer tapmaq çox çətindir. Növbəti ilin təqvimində Azərbaycanda keçirilən mövcud beynəlxalq turnirlər saxlanılacaq. Həmçinin FIDE ilə 2019 və 2020-cu illər üçün qadınlar arasında Qran-pri yarışının bir mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlara başlamışıq”.

Məmmədovun sözlərinə görə, AŞF-in rəsmiləri yenidən formalaşan FIDE-nin müxtəlif strukturlarında yer almaqdadırlar: "AŞF nümayəndələri FIDE-nin fəaliyyətində yaxından iştirak edirlər. Bizim mütəxəssislər yeni rəhbərliyin rəğbəti ilə qurumun müxtəlif komissiyalarına təyin olunmağa başlayıblar. Həmçinin iyunun sonlarında Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası keçiriləcək”.

Hazırda davam edən "ShamkirChess 2019" superturnirdən sonra Azərbaycanda daha 3 beynəlxalq turnir keçiriləcək. Mayda "Naxçıvan Open”, 24 iyul - 1 avqustda Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq uşaq turniri, 20 – 30 sentyabrda isə "Baku Open” beynəlxalq şahmat festivalı keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR