Azərbaycan derbisində və

Azərbaycan derbisində və "Sumqayıt"da sülh

Bu gün Topaz Premyer Liqasının 6-cı turu çərçivəsinə daha 2 qarşılaşma baş tutacaq. Sport7.az xəbər verir ki, qarşılaşmanın biri Bakıda, digəri isə Sumqayıtda keçiriləcək. 

Sözsüz ki, bütün diqqətlər Suraxanıya yönələcək. Son çempion "Qarabağ" yeni inşa edilən stadionunda əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Qarşılaşmanın favoriti hesab edilən ağdamlıların bu dəfə Azərbaycan derbisində hansı nəticəyə imza atacağı maraqla gözlənilir. Nəzərə alaq ki, son qarşılaşmalarda bakılılar rəqibinə ciddi müqavimət göstərə bilmir. Son 8 oyundu ki, "ağ-qaralar" "atlılar"la görüşlərdə qələbə üzünə həsrət qalıb. Onların bu dəfə bir qədər zəifləmiş heyətlə "Qarabağ"a müqavimət göstərəcəyi elə də inandırıcı görünmür.

"Sumqayıt" isə doğma azarkeşləri önündə AZALı-ı qəbul edəcək. "Kimyaçılar" bu matça qədər cəmi 3 xal qazana bilibsə, Tərlan Əhmədovun komandasında bütün göstəricilər sıfırdı. Buna görə yeni mövsümdə qələbə üzünə həsrət qalan komandaların qarşılaşmasının gərgin keçəcəyini düşünmək olar.


Topaz Premyer Liqası
6-cı tur
26sentyabr (şənbə)

19:00. "Qarabağ” 1:1 "Neftçi”
Qol: 90+1, Almeyda (pen) - Erik Ramos, 61,

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Bakı. "Qarabağ Arena".

"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 10. Dani Kintana, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 67. Əl Hərbi Əl Jadeyui

"Neftçi”: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Juan Alberto, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov

19:00. "Sumqayıt” 1:1 AZAL
Qol: Ağabala Ramazanov, 36, Aleksandr Quruli, 90+4
Hakimlər:  Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev
Sumqayıt "Kapital Bank Arena”.

"Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad–Azad, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 97. Xəyal Nəcəfov

AZAL: 16. Stanislav Namaşko, 4. Qvanzan Maqomedov, 3. Tural Hümbətov, 2. Rail Məlikov, 24. Emin Cəfərquliyev, 8. Seymur Əsədov (k), 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 11. Ruslan Nəsirli, 19. Məhəmməd Bədəlbəyli, 27. Aleksandr Quruli
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 6. Tagim Novruzov, 9. Aydın Qasımov, 20. İsmayıl İbrahimli, 28. Müşfiq Teymurov, 7. Tərlan Xəlilov, 15. Rüfət Musayev 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR