Azərbaycan Ermənistanla eyni səbətdə yer aldı

Azərbaycan Ermənistanla eyni səbətdə yer aldı

DÇ-2018-in seçmə mərhələsinin püşkü zamanı komandaların hansı səbətlərdə yer alacağı müəyyənləşib. 

Sport7.az
 xəbər verir ki, Azərbaycan yığması 5-ci səbətdə yer alıb.

Bu səbətdə yer alan digər komandalar Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldovadır. Bu isə o deməkdir ki, millimiz DÇ-2018-in seçmə mərhələsində sözügedən ölkələrlə bir qrupda yer almayacaq.

Qeyd edək ki, hələlik, yalnız İtaliya və Xorvatiyanın hansı səbətdə yer alacağı dəqiqləşməyib. Buna iyunun 16-da baş tutacaq İtaliya və Portuqaliya arasındakı yoxlama matçından sonra aydınlıq gələcək. İtaliya qalib gəlsə, bu ölkənin yığması 1-ci səbətdə yer alacaq. Maraq üçün bildirək ki, həm İtaliya, həm də Xorvatiya AÇ-2016-nın seçmə mərhələsində Azərbaycanla bir qrupda qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsinin püşkü zamanı millimizin rəqibi olacaq digər komandaların yer aldığı səbətlərin tərkibi belədir:

1-ci səbət: Almaniya, Belçika, Niderland, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, İtaliya/Xorvatiya.
2-ci səbət: İtaliya/Xorvatiya, Avstriya, Slovakiya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina.
3-cü səbət: Polşa, Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Yunanıstan, Serbiya.
4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya.
6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Cəbəlüttariq, Gürcüstan, Malta, San Marino, Andorra.

Xatırladaq ki, Rusiya yığması DÇ-2018-in təşkilatçısı kimi final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

Sport7.az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR