Azərbaycan hökuməti futbol hakimlərimizə maddi yardım etdi

Azərbaycan hökuməti futbol hakimlərimizə maddi yardım etdi

Azərbaycan hökuməti koronavirus pandemiyası səbəbindən çətinliklərlə üzləşmiş peşəkar futbol hakimlərinə birdəfəlik maddi yardım edib.

Referilər VÖEN-lə işlədikləri və vergi ödəyicisi olduqları üçün bu dəstəkdən yararlanıblar.

Verginin miqdarından asılı olaraq, ədalət təmsilçilərinin hər birinə 500-1000 manat arası ödəniş olub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionun oyunları martın 13-də pandemiyaya görə yarımçıq dayandırılıb.(Report.az)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR