Azərbaycan klubundan Dəstək Fonduna 150 manatlıq ianə

Azərbaycan klubundan Dəstək Fonduna 150 manatlıq ianə

Hazırda Azərbaycanı və bütövlükdə dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə üçün hər kəs səfərbər olub və Azərbaycanda bu virusa qarşı mübarizə üçün Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəmiyyətin müxtəlif təbəqələrindən yardımlar edilir.

Sport7.az xəbər verir ki, Azərbaycanın Region Liqasında çıxış edən "Ağsu Siti” də yardımını əsirgəməyib. Klubun üzvləri bu nəcib missiyadan kənarda durmayıb. Ağsu təmsilçisi hazırda çətin günlər yaşamasına və müxtəlif vasitələrlə təzyiqlərlə üzləşməsinə baxmayaraq koronavirus bəlasından qurtulmaq üçün əlindən gələn dəstəyi göstərməyi özünə vəzifə bilib.

Belə ki, klub öz imkanları daxilində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 (yüz əlli) AZN köçürüb. Bununla yanaşı klub cəmiyyətin bütün təbəqəsindən olan vəzifəli və imkanlı şəxsləri koronavirusla mübarizəyə dəstəyə çağırıb.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR