Azərbaycan klubunun 4 futbolçusu koronavirusa yoluxub

Azərbaycan klubunun 4 futbolçusu koronavirusa yoluxub

İran Premyer Liqası təmsilçisi "Traktor" klubunun koronavirus testlərinin nəticəsi açıqlanıb.

Sport7.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisinin 4 futbolçusunda infeksiya aşkarlanıb. Bu haqda rəsmi saytında məlumat yer alıb.

Oyunçuların adları açıqlanmasa da, onların karantinə alındıqları bildirilib.

Koronavirus pandemiyasına görə dayandırılan İran çempionatının Ramazan bayramından sonra bərpa olunacağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR