Klublarımız avrokuboklarda azarkeşsiz oynayacaq

Klublarımız avrokuboklarda azarkeşsiz oynayacaq

Azərbaycanın avrokuboklardakı təmsilçilərinin təsnifat mərhələlərindəki oyunları azarkeşsiz keçiriləcək.

Sport7.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin dünən keçirilmiş iclasında qəbul olunub. Milli assosiasiyalarla qarşılıqlı razılıqdan sonra növbəti bildirişədək qitə futbol qurumunun bayrağı altında təşkil olunmuş matçlara fanatların buraxılmaması məqsədəuyğun sayılıb.  

Bu qərar avrokuboklarda cari mövsümün qalan görüşlərinə də şamil olunacaq.

Yeni mövsümdə "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq. Təsnifat mərhələsinin qarşılaşmaları 1 oyundan ibarət olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR