Kubokda qaliblər müəyyənləşdi

Kubokda qaliblər müəyyənləşdi

9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib.
 
Sport7.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 49 və 55 kq-a qədər olan atletlər çıxıb. Müvafiq olaraq toplam 120 kq (58+62) nəticə göstərən Sahil Miriyev və 202 kq (92+110) nəticə göstərən Əvəz Tağıyev öz çəkilərində qızıl medal qazanılar.

Növbəti qaliblər çəkisi 61 kq-a qədər olan atletlər arasında müəyyən edilib. Toplam 237 kq (107+130) nəticə ilə Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 230 kq (105+125) nəticə ilə Tehran Məmmədov və 184 kq (84+100) nəticə ilə Elvin Şükürzadə tutublar.​ ​

61 kq.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədov Elşan 2004 Lənkəran Zirvə-Aviator 60.5 107 130 237
2. Məmmədov Tehran 2002 Qobustan UGİM 60.5 105 125 230
3. Şükürzadə Elvin 2003 Lənkəran UGİM 60.4 84 100 184
4. Nəbiyev Ravil 2004 Bakı Sparak 57.1 73 85 158
5. Balayev Nuran 2004 Bakı Təhsil 60.2 75
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR