Azərbaycan: məğlubiyyətlər silsiləsi

Azərbaycan: məğlubiyyətlər silsiləsi

Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası dünya çempionatının II seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. "Sport7" xəbər verir ki, Macarıstanla üz-üzə gələn millimiz əlavə vaxtda məğlub olub.

İsveçrə və İngiltərə qarşısında ilk 2 oyunda "ağ bayraq" qaldıran komandamız bu dəfə 3:4 hesablı məğlubiyyətə üzülüb.

Rinat Sultanov və Əli Hüseynovun ardıcıl 2 qoluna macarlar 3 dəqiq zərbəylə cavab veriblər. Daha 1 qol avtoqoldan sonra millimizin lehinə qeydə alınıb.

Əlavə vaxtda isə macarlar Ferents Beseneylə qələbə topunu vurublar.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR