Yurçeviçli yığma ilk xalını qazandı - YENİLƏNDİ

Yurçeviçli yığma ilk xalını qazandı - YENİLƏNDİ

Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.
 
Sport7.az xəbər verir ki, təmsilçimiz "Bakcell Arena"da son dünya çempionatının ikincisi Xorvatiya ilə qarşılaşıb. Gərgin və sürətli keçən matçın 11-ci dəqiqəsində Luka Modriç xorvatları hesabda irəli çıxarıb. Görüşün sonlarına yaxın, bir qədər də dəqiqləşdirsək 72-ci dəqiqədə isə millimiz hesabı bərabərləşdirməyə nail olub. Təmkin Xəlilzadə xorvat müdafiəçilərin arasında sıyrılaraq rəqib qapısının torunu silkələyib.
 
Bununla da millimiz seçmə mərhələdə ilk xalını qazanıb.
 
9 sentyabr
 
AVRO-2020
 
Seçmə mərhələ, VI tur
 
E qrupu
 

20:00. Azərbaycan - Xorvatiya  1:1
(Luka Modriç, 11-p. Təmkin Xəlilzadə, 72)
 
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda.
Baş məşqçi: Nikola Yurçeviç.

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç.
Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Miyo Çaktaş, 5. Matey Mitroviç, 7. Yosip Brekalo, 8. Marko Roq, 9. Mislav Orşiç, 14. Mile Şkoriç, 15. Mario Paşaliç, 16. Yosip Yuranoviç, 17. Dario Melnyak, 19. Milan Badel.
Baş məşqçi: Zlatko Daliç.

Hakimlər: Sandro Şörer, Stefane De Almeyda, Alen Hayniger, Fedayi San (hamısı İsveçrə)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR