Azərbaycan millisində yeni təyinatlar

Azərbaycan millisində yeni təyinatlar

Kata üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub.

Sport7.az xəbər verir ki, Para-Karate və 14-15 yaşlı kata seçmə komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb olunub.
 
Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev Para-Karate üzrə, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçi işləyəcək. Xatırladaq ki, kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur. 

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi karyerasını bitirən və yüksək nəaliyyətləri olan idmançıların təcrübəsindən perspektivli karateçilərin yetişdirilməsinə cəlb olunmağı davam etdirir.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR