Azərbaycan millisinin üzvü

Azərbaycan millisinin üzvü "El Klasiko"da "Real"a qələbə qazandırdı (VİDEO)

Kişi basketbolçuların İspaniya ACB Liqasında final seriyasının ikinci görüşü keçirilib.

"Real" "Barselona"nı qəbul edib. Katalon klubu oyunun gedişində hesabda 12 xal önə keçsə də, ev sahibləri son periodda fərqi qapaya bilib. Matçın son saniyələri həlledici olub. Oyunun bitməsinə 1.9 saniyə qalmış Azərbaycan millisinin üzvü Ceysi Kerroll üçlük atışı ilə Madrid təmsilçisinin "El Klasiko"da 81:80 hesablı qələbəsini təmin edib. Beləliklə, "Real" final seriyasındakı üstünlüyünü möhkəmləndirib - 2:0.

Tomas Ertel 30 xalla qarşılaşmanın ən məhsuldarı olub. "Real"ın heyətində isə Ceysi Kerroll 25 xalla matçı tamamlayıb.


İspaniya ACB Liqası

Final seriyası (ikinci oyun)

"Real" - "Barselona" - 81:80

Seriyada hesab - 2:0

 
Seriyanın üçüncü görüşü iyunun 19-da oynanılacaq.
 
Qeyd edək ki, əslən ABŞ-dan olan Ceysi Kerroll 2012-ci ildə Azərbaycan pasportu alıb. O, millimizin forması ilə ilk dəfə Avrobasket-2013-ün təsnifat mərhələsi çərçivəsində İsveçə qarşı oyunda meydana çıxıb.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR