Azərbaycan Premyer Liqasını sabah nə gözləyir?

Azərbaycan Premyer Liqasını sabah nə gözləyir?

Hazırda bütün ölkə ərazisində, xüsusən də Bakıda qarlı-şaxtalı hava şəraiti hökm sürür.

Sport7.az xəbər verir ki, Bakının nəqliyyat sistemi iflic olub, bu gün səhər minlərlə vətəndaş iş yerinə, mənzilbaşına çata bilməyib.

Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması futbolumuza da təsir göstərib. Birinci divizionda bu gün keçirilməli olan dörd qarşılaşma təxirə salınıb. Sabah isə ölkə Premyer Liqasında 17-ci turun qarşılaşmaları keçirilməlidi. Bəli, məhz keçirilməlidi. Sinoptiklər sabah da Bakıda qar yağacağını, şaxt olacağını, yolların buz bağlayacağını proqnozlaşdırıb. Belə olan halda çempionatın oyunlarını keçirmək mümkün olacaqmı? Elə bu sualla da Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə müraciət etdik.

Aslan bəy sorğumuza cavab olaraq belə dedi: "Biz də oyunların keçiriləcəyinə ümid edirik. Buna çalışacağıq. İndiki halda konkret nəsə demək mümkün deyil. İnşallah ki, oyunlar keçirilər. Təxirəsalma ilə bağlı hansısa qərar sabahkı müzakirələrdən sonra verilə bilər. Nəsə dəyişiklik olsa, ictimaiyyətə açıqlama veriləcək”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR