Azərbaycan Qran-prisi: Lekler qəzaya uğradı (FOTOLAR)

Azərbaycan Qran-prisi: Lekler qəzaya uğradı (FOTOLAR)

"Ferrari" komandasının üzvü Şarl Lekler Azərbaycan Qran-prisinin sıralama turunun ikinci sessiyasında qəzaya uğrayıb.

Monakolu pilotun idarə etdiyi bolid 8-ci döngədə baryerə çırpılıb. Nəticədə trasda qırmızı bayraqlar dalğalanıb və yarış ikinci dəfə müvəqqəti olaraq dayandırılıb. Artıq Leklerin bolidi evakuasiya olunub.

Birinci sessiya zamanı sözügedən döngədə "Vilyams" pilotu Robert Kubiça qəzaya uğramışdı.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin sərbəst yürüşləri zamanı ən yaxşı nəticələri məhz Şarl Lekler göstərmişdi.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR