Azərbaycan Superliqası start götürür

Azərbaycan Superliqası start götürür

Sabah basketbol üzrə Azərbaycan Super Liqası start götürəcək.
 
Sport7.az xəbər verir ki, 27-ci basketbol çempionatında 8 komanda mübarizə aparacaq.  
 
İlk turun oyunları iki günü əhatə edəcək. Çempionatda "Gəncə", "Zirvə Astara",  "Sərkərdə", "Atom", "Xırdalan", "Atletik Baku", "Sıçrayış" və "80-lər" komandaları mübarizə aparacaqlar.

Sabah saat 19:30-da "Sərhədçi OİM"də təşkil olunacaq açılış mərasimindən sonra "Gəncə " və "Zirvə Astara" komandaları üz-üzə gələcəklər. Mövsümün ilk matçı "CBC Sport”la canlı yayımlanacaq.

İlk turun digər matçları isə oktyabrın 12-də keçiriləcək. Qarşılaşmalar Texniki Universitetin idman zalında oynanılacaq. Həmin gün saat 12:00-da "Sərkərdə" kollektivi "Atom"la görüşəcək. 2 saat sonra "Xırdalan" və "Atletik Baku" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
 
Saat 16:00-da isə "Sıçrayış" klubu "80-lər"i sınağa çəkəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR